Azərbaycan Demokratik Respublikası

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
2008-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur.

Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.

Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən fevral və oktyabr çevrilişləri, Birinci dünya müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi.

İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır.

Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur. Lakin ölkənin öz neftini xarici bazarlara çıxarmaqdan təcrid edilməsi nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran güclənirdi. Həmçinin parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. İrəvanın ermənilərə paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi.

Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bir qismini Məmmədəmin Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini Fətəli xan Xoyski və Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız repressiyalarına məruz qoydu.

1920-ci il aprelin 28-də ikinci respublika – Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. İki il ərzində öz müstəqilliyini qoruyub saxlamağa nail olan respublika 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyinin ancaq formal atributlarını saxlaya bilmişdi. Yalnız onu əvəz edən dördüncü respublika müstəqillik ideyasını yaşatmış və Azərbaycan bütün sərvətlərinin, o cümlədən neftinin tam sahibi kimi çıxış edə bilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edilsə də, tariximizin bu mərhələsi ilə bağlı çox sayda sənədlər hələ xarici ölkələrin qapalı arxivlərində saxlanılır və öz tədqiqatçılarını gözləyir.

Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizdə milli dövlətçilik tarixində xüsusi yer tutduğunu nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi respublikada geniş qeyd edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 90 illiyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə olunsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2008-ci il.

Heydar Aliyev about Azerbaijan Democratic Republic
Late 19th-early 20th centuries was

the period of the establishment of

new relations that influenced all

spheres of life of the Azerbaijani

people. Social processes of that period

turned the large industrial city of

Baku into the economic center of the

entire Caucasus region.

Heydar Aliyev

The complicated sociopolitical processes

developing in the 20th century led to

profound changes of the society of Azerbaijan,

pur promonent state officials formed in new

conditions were ready to react properly to

the challenges and requirements of the century.

A sound foundation had been created for the

establishment of the People’s Republic of Azerbaijan.

Heydar Aliyev

The historical declaration, developed

by the National Council of Azerbaijan

had fixed basic principles of foreign

and inner policy of the newly established

People’s Republic of Azerbaijan. All

the principles stated in the Declaration-the

principles of defining its own fate by

the people of Azerbaijan, respecting the

rights of people, living in peace with

foreign countries and neighbor states

increased the prestige of the People’s

Republic of Azerbaijan in the international arena.

Heydar Aliyev

Though the Democratic Republic of Azerbaijan

survived only for 23 months in complicated

and tense socio-political situation it will

always stay in the memory of future generations

as one of the brightest pages of our history.

Though it was not able to implement fully the

measures undertaken in spheres of the state

system establishment, economics, culture,

education, public health, military policy

yet those measures implemented played a great

role in the history of our country and in the

restoration of the national state system establishment.

The most important matter is that the Democratic

Republic of Azerbaijan strengthened our

democratic views though it existed within

a short period of time. The people of Azerbaijan

will always honor the memory of the prominent

state officials that served to the establishment

of that republic as Mamed Emin Rasulzade,

Alimerdan bey Topchubashev, Fatali khan Khoyski,

Nasib bey Usubbeyov, Mehdi bey Hadjinsky,

Mamed Yusif Djafarov, Khudavat bey Rafibeyov,

Akper Agha Sheykhulislamov, Teymur bey Madjinsky,

Samed bey Mehmandarov, Aliagha Shykhlinsky,

Sultan Medjid Ganizade, Khalil bey Khasmamedov,

Ahmed bey Papinov, Shafi bey Rustambeyov.

Heydar Aliyev

İstiqlal Bəyannaməsi
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Xalq Cümhuriyyəti
Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il may – 1920-ci il aprel)

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – ŞƏRQDƏ İLK PARLAMENTLİ RESPUBLİKA

(1918-ci il may – 1920-ci il aprel)

Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən “təmizləmək”, bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna – Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədlə də bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Daha dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Ölkənin şimal-qərb hüdudlarında isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyasəti yeridilirdi. Bir sözlə, Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.

Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi.

XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq üçün islahatlar dövrünə qədəm qoyduqda böyük xeyriyyəçi H.Z.Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyalıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda mübarizə aparırdılar.

Görkəmli hüquqşünas Əlimərdan bəy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyalıları bu hərəkatın önündə gedirdilər.

Şimali Azərbaycan çarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlum şərq xalqlarının mübarizə simvoluna çevrilmişdi. Heç də təsadüfi deyil ki, Rusiya imperiyasının bütün türk-müsəlman əhalisini çarizmə qarşı birləşdirmək və bu məqsədlə vahid siyasi təşkilat yaratmaq ideyası da məhz Azərbaycanda doğulmuşdu.

1905-ci ildə ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş I qurultayında “Rusiya imperiyasında türklərin vəziyyəti və problemləri”nə həsr olunmuş əsas məruzə ilə məhz Azərbaycanın nümayəndəsi Əlimərdan bəy Topçubaşov çıxış etmişdi. Yeni yaradılmış Ümumrusiya Müsəlmanları İttifaqının (“İttifaqi-Müslimin”) Nizamnamə və Proqramının yazılmasında da azərbaycanlı nümayəndələr fəal iştirak etmişdilər.

Mürəkkəb və çətin şəraitdə aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə – I Dövlət Dumasına deputat seçilmişdilər. Xalqımızı Rusiya parlamentində təmsil edən yüksək təhsil görmüş bu ziyalıların ikisi ixtisasca hüquqşünas idilər: Əlimərdan bəy Topçubaşov Peterburq Universitetini, İsmayıl xan Ziyadxanov isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdilər.

Rusiya Dövlət Dumasının ən böyük fraksiyalarından birinə – Müsəlman fraksiyasına sədr Əlimərdan bəy Topçubaşov seçilmişdi. Azərbaycanlı deputatlar Duma tribunasından çıxış edərək Rusiya imperiyasının Cənubi Qafqazda yeritdiyi milli qırğın siyasətini, xalqımıza qarşı yol verilən ayrı-seçkiliyi, köçürmə siyasətini, bütöv bir xalqın hüquqsuzluğunu, kölə halına salındığını bütün açıqlığı və kəskinliyi ilə tənqid edir, yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdilər.

Belə ki, azərbaycanlı deputatı İsmayıl xan Ziyadxanov duma iclaslarından birində çıxış edərkən son dərəcə qətiyyətlə bildirmişdi: “Biz (Azərbaycan) bir əsr əvvəl işğal edilmişik. Bizə heç bir hüquq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavuz edilmişdir. Bir sıra ali məktəbə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini quracaqsınız. Bu, hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi “parçala və hökmranlıq et” idarə tərzindən başqa bir şey deyildir. İki ildən bəri qan dəryasında boğulan Vətənimdə insan cəsədlərinin üstündən keçirik. Artıq səbrimiz tükənmişdir”. II Dövlət Dumasının üzvləri Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov da, öz sələfləri kimi, çarizmin bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində yeritdiyi milli və dini ayrı-seçkilik siyasətinə kəskin etirazlarını bildirirdilər.

Azərbaycanlı deputatların bütün Rusiyanın türk-müsəlman əhalisinin hüquqsuzluğuna qarşı kəskin çıxışları və bunun güclü oyadıcı təsirinin çarizmi vahiməyə salması, başqa səbəblərlə yanaşı, I və II Dövlət Dumalarının buraxılmasında az rol oynamamışdı. Məhz buna görə də III Dumaya seçkilər zamanı türk-müsəlman əhalisinin yaşadığı Mərkəzi Asiya, Sibir və digər regionlar seçki hüququndan məhrum edilmiş, Bakıya isə öz nümayəndəsini irəli sürmək hüququ verilməmişdi.

Elə həmin səbəbə görə də, əvvəlkilərdən fərqli olaraq, III Dövlət dumasında bütün Cənubi Qafqazın müsəlman əhalisini yalnız bircə nəfər deputat – Xəlil bəy Xasməmmədov təmsil edirdi. IV Dövlət Dumasında isə bütün Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsi Məm məd Yusif Cəfərov idi.

Rusiyanın Dövlət Dumalarına seçilmiş azərbaycanlı deputatların, demək olar ki, hamısı milli hərəkatımızın ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov peşəkar hüquqşünaslar idilər.

Məhəmməd ağa Şahtaxtinski isə Sarbonna universitetinin dinləyicisi olmuş, Leypsiq universitetinin fəlsəfə fakültəsini bitirmişdi.

Beləliklə, Birinci dünya müharibəsinin gedişində “xalqlar həbsxanası” olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi.

Ölkənin qacarlar sülaləsi tərəfindən idarə olunan və İran şahlığının tərkibində qalmış cənub rayonlarından fərqli olaraq Şimali Azərbaycan Rusiya ağalığı dövründə Rusiyanın və Rusiya vasitəsilə Qərbin yeni – demokratik dövlət quruculuğu ənənələri ilə – parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi.

Azərbaycan ziyalılarının mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da işi buna doğru aparırdı.

1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.

Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi.

Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.

Maraqlı və eyni zamanda qanunauyğun hal idi ki, Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı.

Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün – mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi.

Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQ LAL BƏYANNAMƏSİNİ qəbul etdilər.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti Hökumət bu tərkibdə idi:

Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov – Hərbi nazir

Məmməd Həsən Hacınski – Xarici işlər naziri

Nəsib bəy Usubbəyov – Maliyyə naziri və Xalq Maarif naziri

Xəlil bəy Xasməmmədov – Ədliyyə naziri

Məmməd Yusif Cəfərov – Ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov – Əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov – Yollar naziri və poçt -teleqraf naziri

Camo bəy Hacınski – Dövlət nəzarətçisi

Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı qırğını – soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət sona çatmaqda və bütün Cənubi Qafqaz üçün yeni təhlükə – bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya Milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdi.

1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. Ölkədə yaranmış real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etdi: öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı; bütün hakimiyyəti (həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssislər Məclisi çağırılanadək F.Xoyskinin sədrliyi ilə yaradılmış yeni – ikinci Müvəqqəti hökumətə həvalə etdi.

Hökumətin tərkibi belə idi: Nazirlər Şurasının sədri – Fətəli xan Xoyski; nazirlər – Məmməd Həsən Hacınski, Nəsib bəy Usubbəyov, Əlimərdan bəy Topçubaşov, Behbud Ağa Cavanşir, Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdül Əli bəy Əmircanov, Musa bəy Rəfiyev.

Azərbaycan Milli Şurası çətinliklə əldə olunmuş istiqlalın itirilməsindən ehtiyat edərək o zaman həm də qərara almışdı ki, qısa müddət ərzində Müəssislər Məclisi çağırılmalıdır və o vaxta qədər F.Xoyski hökuməti hakimiyyəti öz əlində saxlamalı, heç kimə güzəştə getməməlidir. Azərbaycan Milli Şurası, eyni zamanda, F.Xoyski hökumətinin hüquq və səlahiyyətlərini də konkret şəkildə müəyyənləşdirmişdi. Hökumət Azərbaycanın dövlət müstəqilliyini, mövcud siyasi azadlıqları ləğv edə bilməzdi və aqrar məsələ, həmçinin bunun kimi digər mühüm məsələlər barədə inqilabi qanunları dəyişdirmək hüququna malik deyildi. Qalan məsələlərdə isə hökumətə müstəqil hərəkət etmək səlahiyyəti verilirdi. Müvəqqəti hökumət altı aydan gec olmayaraq Müəssislər Məclisi çağırmalı idi.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti – Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 gün sürən ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi – Azərbaycanın istiqlalı elan olundu və İstiqlal bəyannaməsi qəbul edildi; ikincisi – Gəncədə Fətəli xan Xoyski başda olmaqla ilk Azərbaycan hökumətini formalaşdırdı və 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı.

Azərbaycanın bir hissəsində – Şimali Azərbaycanda respublika quruluşu yaradıldı.

1918-ci il iyunun 17-də hakimiyyətə gələn F.Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çox ağır bir beynəlxalq və daxili şəraitdə, faktiki olaraq, soyqırımı taleyi yaşayan Azərbaycan xalqını tarixin ən ağır qanlı burulğanından çıxarmaq məsuliyyətini öz üzərinə götürməli oldu.

Təcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlandı. Hökumət yaranmış vəziyyətdən çıxmaq üçün ilk günlərdəncə qəti tədbirlərə əl atdı. İyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan olundu. İyunun 24-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. İyunun 26-da Müsəlman hərbi korpusu ayrıca Azərbaycan Korpusuna çevrildi və həmin korpusun komandirinə general rütbəsi verildi.

Diviziya komandiri səlahiyyətlərinə malik olan Azərbaycan Korpusunun komandiri hökumətin xüsusi tapşırığını yerinə yetirməyə başladı ki, bu da faktiki olaraq Azərbaycan silahlı qüvvələrinin yaradılması demək idi. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Dövlət quruculuğu daha da genişləndirildi.

Türkiyədən dərsliklər gətirmək və müəllimlər dəvət etmək barədə qərar qəbul olundu. Məktəblər milliləşdirildi. Yeni müəllim kursları və məktəblər açıldı. Yeli zavetpol və Karyagi nin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəb rayıl adlandırıldı. Milli orduya səfərbərlik keçirildi. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Hökumətin bu qərarı ilə, əslində, müstəqil Azərbaycanın Milli Təhlükəsizlik sisteminin yaradılmasının əsası qoyuldu. Bundan əlavə, hökumətin nəzarəti altında olan ərazidə vəziyyəti sabitləşdirmək, nəqliyyat, poçt-teleqraf rabitəsi yaratmaq üçün də bir sıra mühüm tədbirlər görüldü. Avqu stun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Avqustun 23-də Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında fərman verildi. Lakin F.Xoyski hökumətinin başlıca vəzifəsi ölkənin bütün ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətraflarını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən – “Sentrokaspi diktaturası”ndan təmizləndi.

1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işləri daha da genişləndirildi. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan F.Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M. Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi yalnız azərbaycanlılardan ibarət olmadığı üçün Azərbaycan Milli Şurasında qeyri millətlər də təmsil olunmalıdır, daha doğrusu Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 mln. 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər.

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi.

Göründüyü kimi, 1918-ci ilin Mart soyqırımından hələ vur-tut yarım il keçməsinə baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.

Parlament demokratiyamızın bu parlaq faktı M.Ə. Rəsulzadənin yeni parlamentin çağırılması ilə bağlı olaraq 1918-ci il noyabrın 29-da xalqa etdiyi müraciətdə də əks olunmuşdu: “… bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımızı bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər”.

M.Ə.Rəsulzadə Azərbaycan əhalisinə müraciətdə bildirirdi ki, azlıqda qalan millətlərin və məmləkətin vilayətlərinin də nümayəndələri təmsil olunacaq yeni parlament yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək.

1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söylədi.

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca F.Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı.

1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında iştirak etmədilər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsilə “Vahid və bölünməz Rusiya”nın parçalanmasına yol açdığı üçün “Azərbaycanın Rusiyadan ayrılması faktını tanımadı” və Azərbaycan Parlamentini baykot etmək barədə qərar qəbul etdi.

Lakin Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu.

Həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və iki aydan çox müddət ərzində Parlamentin iclaslarında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etdilər.

Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafedən üstün tuturdular. Məsələn, Parlamentin sosialist bloku “yoxsulların mənafeyini müdafiə etmək” pərdəsi altında, müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul etmişdir.

Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə-Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.

Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilmişdir. İlk iclas – 1918-ci il mayın 27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdir. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin-geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək — cəmi 17 ay davam etmişdir. İlk >iclas – 1918-ci il dekabrın 7-də, son iclas — 1920-ci il aprelin 27-də keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.

Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada Vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da XI Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan–Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.

Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası vardı.

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunurdu.

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi: “Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (1918-1920-ci illər)

Azərbaycan xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

Zaqafqaziiya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Ümumi bir platforma yox idi. Bir sözlə yenidən parçalanma məsələsi labüd idi. Nəhayət 1918-ci il may ayının 25-də Zaqafqaziiya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziiya Seymindən çıxaraq may ayının 26–da öz istiqlaliyyətini elan edir.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər.

M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.

İstiqlaliyyət Bəyannaməsi

Böyük Rusiya inqilabının cəryanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcub bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cumhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cumhuriyyəti cuzindən çıxıb öz müstəqil Gürcü Xalq Cumhuriyyəti təsisini səlah gördü.

Rusiya ilə osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor.

Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cumhuriyyəti olaraq təqərrür ediyor.

3. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-Həsənə təsisinə əzm edər.

4. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi ğözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vatəniyyə təmin elər.

5. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün ğeniş meydan buraxır.

6.Məclisi-müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai-Milli və Şurai-Milliyə qarşı məsul höküməti-müvəqqəti durur.

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür.

Bu zaman Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz ordusu baş komandanı Nuru paşanın əlində idi. Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin “həddindən artıq demokratik istiqamətindən” narazı qalan bəzi qüvvələrin təsiri ilə Nuru paşa Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Uzun danışıqlardan sonra qarşılıqlı güzəştlər əsasında razılıq əldə olunur. Təklif olunur ki, Milli Şura buraxılsın və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunsun. Bu məsələlərin müzakirə olunması üçün 1918-ci il iyunun 17-də M.Ə.Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti (yeddinci) iclası keçirilir.

Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edildi. İclasda çıxış edən F.X.Xoyski bildirir ki onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır.

Paralel olaraq Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Ən mühüm tədbirlərdən biri də 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərarıdı. Ümumiyyətlə paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirmişdi. Azərbaycan hökumətinin ən böyük vəzifələrindən biri Bakı şəhərini 1918-ci il iyulun axırlarında süqut etmiş Bakı kommunasından sonra şəhəri ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası”ndan təmizləmək idi.

Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssisələr Məclisini çağırmaq üçün görülməli olan işləri öz öhdəsinə götürür. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən iclasında qeyd olunurdu ki, Azərbaycan Milli Şurası Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir.

Beləliklə hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə olmaqla Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Bu məslə ilə bağlı Milli Şuranın qəbul etdiyi qanunda göstərilirdi ki, azlıqda qalan millətlərin bütün nümayəndələri olacaq. Müsəlmanlardan isə 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün yeni Parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər cəlb olunur. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdir.

Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir.

Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, lakin Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir.

1918-ci il dekabrın 7-i H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk parlamentin birinci iclasının açılışı oldu. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir.

Ə.Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.

Parlamentin 3 nəfərdən ibarət katibliyi də seçilir, Mehdi bəy Hacıniski baş katib seçilir.

Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri F.X.Xoyski hökumətin fəaliyyəti haqqında hesabat verir və hökumətin istefasını qəbul etməyi Parlamentdən xahiş edir.

Parlament F.X.Xoyski hökumətinin istefasını qəbul edir və yeni hökumətin tərkibini formalaşdırmağı yenə də ona tapşırır. Dekabrın 26-da F.X.Xoyski hökumət proqramı və hökumətin tərkibi barədə Parlamentdə məruzə edir. Proqram bəyənilir, yeni tərkibdə hökumətin tərkibinə etimad göstərilir.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi.

Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının

Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan milli istiqlal hərəkatının və  Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını yaratmışdır (“Azərbaycan türk kultur dərgisi”, Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Az sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində (1903-cü il No20) çap olunmuşdur. 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. (“Бакински рабочи” qəzeti, No60, 18 mart, 1923-cü il). M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmişdir (1904-1905-ci illər, cəmi 6 nömrə). Qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.

Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından “Təkamül” adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan “Dünya” qəzeti M.Ə.Rəsulzadənin “Stalin ilə inqilab” adlı silsilə xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu barədə söhbət açır. (“Dünya” qəzeti, 23 may 1954-cü il). M.Ə.Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin (1864-1941) redaktor olduğu “Fyuzat”, həmçinin Əhmədbəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap olunmuşdur. Müəyyən müddət o “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) “Türk-rus və rus-türk lüğəti” kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)” kitabını Azərbaycan dilinə təcümə edib və “Təkamül” qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı. 1908-ci il dekabrın 5-də Məmhəməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə “Azərbaycana muxtariyyət” şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır. 1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu partiyanın əsas orqanı olan “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şer və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur” (“Sühən” jurnalı, Tehran, 1955-ci il, No4). İranda həmin il mürtəce “Etidaliyyun” (“Mötədillər”) pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi-firqeyi-etidaliyyun” adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca “Səadəti-bəşər” adlı kitabı nəşr olunmuşdur. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən xaric olunmasını şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstambula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Göyalp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə “Gənc türklər” təşkilatına rəğbət bəsləmiş, “Türk ocağı” cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazarlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan “İran türkləri” (1911-ci il, No4) məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: “Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor” (səh. 108).

O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin “Qamusi-aləm”inin birinci cildində (İstambul, 1889-cu il,səh.67) “Azərbaycan” məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə, xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan “Azərbaycan” qəzetində də bu məsələyə toxunur: “İslam mərkəzi İstambulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır”. İstambulda olarkən M.Ə.Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) “Vəhdəti cinsiyə fəlsəfəsi”ni (“Milli birlik fəlsəfəsi”ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış “Acı bir həyat” əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir). 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O, hələ İstambuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məhəmməd Əmin Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik “Müsavat” partiyası”na daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir (Məhəmməd Əmin Rəsulzadə. “Müsavat” partiyasının quruluşu , “Azərbaycan”, Ankara, No15(167), 1966-cı il, səh. 12-18). Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. “Yeni lisançılar və türkçülər” məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil – ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.

Bundan başqa, o proletar ədibi M.Qorkinin “Ana” əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan “Dirilik”in birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin “Dirilik nədir?” adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifəlrində çap etdirdiyi “Milli dirilik” başlığı altındakı baş məqalələrdə “Azərbaycan qayəsi”ni yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş “”Müsavat” partiyası keçmişdə və bu gün” adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər “Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstambulda “Türk yurdu” jurnalında çap etdirdiyi “İran türkləri” məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazmıdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycanlılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M.Ə.Rəsulzadə gətirdi. M.Ə.Rəsulzadə 1915-ci ilin avqustundan “Açıq söz” qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən “Müsavat” partiyasının orqanı idi.

1917-ci ildə fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa üz qoydu… Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu baş qaldırmışdı. Həmin ilin martında açıq fəaliyyətə başlamış “Müsavat” partiyasının orqanı “Açıq söz” qəzeti yazırdı: “Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər (“Açıq söz” qəzeti”, No431, 1917-ci il). Həmin ildə Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında “Türk Ədəm Mərkəziyyət (federalist – M.Əliyev) partiyası fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi. Bu mitinq “Yaşasın demokratik respublika”, “Yaşasın Azərbaycan muxtariyyəti”, “Yaşasın Türk Ədəm Mərkəziyyət partiyası” şüarları altında keçirilmişdir (“Baku” qəzeti, No80, 12 aprel, 1917-ci il).

1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda “Azərbaycan qayəsi” məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840-1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin “Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq” barəsində təklifini qəbul etdi. O, həmin dövrdə özünün “Cəmaət idarəsi” və “Bizə hansı hökümət faydalıdır?” kitablarını çap etdirmişdir. M.Ə.Rəsulzadənin Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə “Şəkli idarə haqqında iki baxış” adı altında həmin dövrdə çap olunmuşdur. Həmin ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Qardaş köməyi” jurnalı çap olundu. Jurnalın təəssüf ki, bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında “Müsəlman demokratik “Müsavat” partiyası” ilə “Türk Ədəm Mərkəziyyət partiyası” birləşib, “Türk Ədəm Mərkəziyyət partiyası “Müsavat” adı altında çıxış etməyə başladı (“Açıq söz” qəzeti, No501, 18 iyun, 1917-ci il). Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukaryananın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstambulda təşkil olundu. O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar (“Açıq söz” qəzeti No549, 24 avqust 1917-ci il). Bunu da qeyd etmək lazımdır ki, onun “MAR”, “MAR-zadə”, “M.R-zadə” “Haman”, “Sosialist” və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən “Türk Ədəmi Mərkəziyyət partiyası “Müsavat”ın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır.

Həmin dövr xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor” (“Azərbaycan” qəzeti, No41, 1918-ci il).

Gördüyümüz kimi, M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində “Dirilik” jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan “Azərbaycan qayəsi”ndən söhbət açır. Onu da qeyd edək ki, təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.

Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edidilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!” (“Azərbaycan” (rusca) qəzeti, No59, 13 dekabr 1918-ci il). Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə oçerkində yazır: “M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, “Müsavat” və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi” (Bakı Dövlət Universitetinin xəbərləri, No2, 1922-ci il). 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, “1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı”nda oxuyuruq ki, M.Ə.Rəsulzadə “Tarixi-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş və lakin geniş oxucu kütləsinə çatdırılmamış “İstiqlal” jurnalında M.Ə.Rəsulzadənin “Azərbaycan respublikası” adlı əsəri çap olunmuşdur.

1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan “Yjdsq djcnjr” jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, 2-ci nömrədə M.Ə.Rəsulzadənin “Qədim İranın kommunistləri” adlı məqaləsi çap olunacaq. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çap olunmamışdır. Bunu M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin (1898-1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: “Müsavat” partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir (“Azərbaycan” jurnalı, Ankara, No3, 1955-ci il). Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, M.Ə.Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı. Beləliklə, M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır. 1928-ci ildə İstambulda M.Ə.Rəsulzadənin “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstambulda “Yeni Qafqaziya” jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstambulda “İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri” kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), sonra isə “Odlu yurd” (1929-1930) jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində “Azərbaycan və istiqlaliyyəti” və rus dilində “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən “İstiqlal” (1932-1934) qəzeti və “Qurtuluş” (1934-1938) jurnalı çap edilirdi.

1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsi çap edilmişdir. 1938-ci ildə Belində alman dilində “Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hüriyyət savaşı” kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstambulda nəşr olunmuş “İslam-türk ensiklopediyasının” 1-ci cildində “Azərbaycan ləhcəsi” adlı məqaləsi edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə “Azərbaycanın kultur kələnkləri” adlı kitabı işıq üzü görmüşdür. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950-ci il) və “Çağdaş Azərbaycan tarixi” (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir. Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində “Azərbaycan respublikası” məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan “Britaniya ensiklopediyası”nda “Müsavat” partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid” məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan “Türk ensiklopediyası”nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, “Türk tarix qurumu” və “Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Qafqaz” (1932-1938) və fransızca buraxılan “Prometey” (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə” və s. qeyd etmək olar. Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.

O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə “Sühən” jurnalında yazırdı: “Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir” (“Sühən” jurnalı, tehran, No4, 1955-ci il). 1978-ci ildə, ölümündən 23 il sonra: – Ankarada M.Ə.Rəsulzadənin “Milli təsanüd” (“Milli həmrəylik”) adlı kitabı nəşr olundu. 1985-ci ildə dünyanın ən qədim universitetlərindən biri olan Oksfordda M.Ə.Rəsulzadənin “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” adlı kitabı ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə “Əsrimizin Səyavuşu” və 1990-cı ildə isə “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti” adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür. Azərbaycan milli dövlətinin yaradıcısı, xalqımızın böyık oğlu və görkəmli mütəfəkkir Məmməd Əmin Rəsulzadənin ədəbi-tarixi irsini geniş oxucu kütləsinə çatdırmağın vaxtı çoxdan gəlib çatmışdır. Bu baxımdan ilk dəfə xalqımıza təqdim olunan M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” (Türk dilindən tərcümə edən Mayis Əlizadə), “Çağdaş azərbaycan ədəbiyyatı” və “Çağdaş Azərbaycan tarixi” (hər iki əsəri türk dilindən tərcümə edən Paşa Əli oğludur) əsərləri inanırıq ki, geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaqdır.

Dahi rəhbərin ölməz xatirəsi 1993-cü ildə Türkiyə Cümhuriyyətində tikilmiş məktəbə ( Mehmet Emin Resülzade Anadolu Lisesi ) onun adının verilmısi ilə əbədiləşdirilmişdir.

Rəsulzadənin dilindən deyilmiş olan Sən bizimsən, bizimsən durduqca bədəndə Can,Yaşa – yaşa çox yaşa,ey şanlı Azərbaycan! və Bir kərə yüksələn bayraq bir daha enməz şüarları xalqın içində çox məşhurdur.

Fətəli Xan Xoyski
Fətəli Xan İsgəndər Xan oğlu Xoyski (1875-1920) Nazir olduğu tarix (26.12.1918 – 14.03.1919) / (24.12.1919 – 01.04.1920)

Fətəli Xan İsgəndər Xan oğlu Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. 1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdir. O, 1807-ci ildə Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 1810-cu ildə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. F. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi. O, sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində iş kəsmək üzrə andçı – müvəkkil vəzifəsini icra etmişdir.

1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak etmişdir.

F. Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi – mərkəziyyət partiyası Musavatın birinci qurultayında çıxış və iştirak etmiş və həmin qurultayda irəli sürülən Azərbaycana muxtariyyət şüarını qızğın müdafiə etmişdir. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olmuşdur.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu.

1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək demişdir: «Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır.» (Azərbaycan qəzeti, 19. IX. 1918. № 2)

Professor V. İ. Razumoskinin 1922-ci ildə çap etdirdiyi «Bakı şəhərində universitetin əsasının qoyulması» adlı məqaləsində məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.

F. Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinəsində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu. Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanmışdı.

1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefaya çıxdı.

Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinəsində Xarici İşlər naziri vəzifəsinə icra etmişdir. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin müəyyən xidmətləri olmuşdur.

1920-ci il yanvarın 2-də RSFSR-in Xarici İşlər üzrə Xalq Komissarı G. V. Çiçerin ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Xoyskiyə nota ilə müraciət etdi. Ayın 19-da Xoyskinin verdiyi cavabda göstərilirdi ki, Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir.

G.V. Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin məsələyə qayıdaraq, Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı ki, biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq. Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirmiş və onun təklifini rədd etmişdir.

1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və martın 7-də Xoyskinin cavabı eyni məsələyə həsr olunmuşdur. Martın axırında Çiçerin sonuncu notasını göndərmiş, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən XI Qızıl Ordunun Bakıya yaxınlaşdığı xəbəri alınmışdır. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə getmişdir. 1920-ci ilin iyunun 19-da muzdlu qatil tərəfindən arxadan güllə ilə vurulmuş və M. F. Axundovun yanında dəfn edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hadisələrin xronologiyası
Azərbaycan Demokratik Respublikası dövründə hadisələrin xronologiyası

27 fevral 1917-ci il

- Rusiyada fevral burjua-demokratik inqilabının baş verməsi

mart 1917-ci il

- Rusiyada Müvəqqəti hökumətin təşkili

mart 1917-ci il

- Zaqafqaziyanın idarəsi üzrə Xüsusi Komitənin (Ozakom) yaradılması

mart 1917-ci il

- Bakıda Müvəqqəti hökumətin idarəçilik orqanı kimi İctimai Təşkilatların İcraiyyə Komitəsinin yaranması

mart 1917-ci il

- Bakıda Fəhlə və Əsgər Deputatları Sovetinin yaradılması

15-20 aprel 1917-ci il

- Qafqaz Müsəlmanlannın Bakı qurultayı

1-11 may 1917-ci il

- Ümumrusiya müsəlmanlarının Moskva qurultayı

25 oktyabr 1917-ci il

- Petroqradda bolşeviklərin hakimiyyətı zəbt etməsi

oktyabr 1917-ci il

- Türk ədəmi-mərkəziyyət partiyası ilə “Müsavat”ın birləşməsi

noyabr 1917-ci il

- Tiflisdə Zaqafqaziya Komissarlığının yaranması

05 dekabr 1917-ci il

- Zaqafqaziya Komissarlığı ilə Osmanlı dövləti arasında Ərzincan banşığının imzalanması

19 dekabr 1917-ci il

- Milli qoşun hissələrinin yaradılması haqqında Zaqafqaziya Komissarlığının qərarı

dekabr 1917-ci il

- S.Şaumyanın Rusiya Xalq Komissarları tərəfindən Qafqaza fövqeladə komissar təyin olunması

yanvar 1918-ci il

- Şamxorda rus əsgərlərinin tərksilah edilməsi haqqında Zaqafqaziya Komissarlığının qərarı

23 fevral 1918-ci il

- Zaqafqaziya Seyminin təşkili

03 mart 1918-ci il

- Rusiya ilə Almaniya arasında Brest-Litovsk sülh müqaviləsinin imzalanması

mart 1918-ci il

- Osmanlı dövləti ilə Zaqafqaziya Komissarlığı arasında Trabzon danışıqları

29 mart – 2 aprel 1918-ci il

- Bakıda daşnak-bolşevik qüvvələri tərəfındən 12 mindən çox dinc əhalinin qırılması

aprel 1918-ci il

- Zaqafqaziya Komissarlığının Osmanlı dövlətinə müharibə elan etməsi

22 aprel 1918-ci il – Zaqafqaziya Federativ Demokratik Respublikasının elan olunması

25 aprel 1918-ci il

- Bakı Xalq Komissarlan Sovetinin yaradılması

11 may l918-ci il

- Zaqafqaziya Respublikası ilə Osmanlı dövləti arasında Batum danışıqlannın başlanması

26 may 1918-ci il

- Zaqafqaziya Seyminin dağılması

26 may 1918-ci il

- Gürcüstanın öz dövlət müstəqilliyini elan etməsi

27 may 1918-ci il

- Tiflisdə Azərbaycan müvəqqəti Milli Şurasının yaradılması

28 may 1918-ci il

- Azərbaycan Milli Şurasınm Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etməsi

30 may 1918-ci il

- Azərbaycanm öz müstəqilliyini elan etməsi haqqında dünyanın siyasi mərkəzlərinə radio-teleqrafla məlumatın verilməsi

28 may-17 iyun 1918-ci il – F.X.Xoyski başda olmaqla birinci kabinetin təşkili və fəaliyyəti

04 iyun 1918-ci il

- Osmanlı dövleti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında sülh müqaviləsinin bağlanması

10 iyun 1918-ci il

- Bakı Soveti qüvvələrinin Gəncə istiqamətində yürüşə başlaması

16 iyun 1918-ci il

- Azərbaycan Milli Şurasının və Müvəqqəti hökumətin Gəncəyə köçməsi

iyun 1918-ci il

- Gəncədə Qafqaz-İslam ordusunun təşkili

17 iyun 1918-ci il

- Azərbaycan Milli Şurasının müvəqqəti olaraq buraxılması

17 iyun – 7 dekabr 1918-ci il

- F.X.Xoyski başda olmaqla ikinci hökumətin fəaliyyəti

23 iyun 1918-ci il

- Azərbaycan ərazisində hərbi vəziyyətin elan olunması

24 iyun 1918-ci il

- Ağ rəngli aypara və səkkizguşəli ul duz təsviri olan dövlət bayrağınm qə bul olunması

26 iyun 1918-ci il

- Azərbaycan Milli ordusunun yaradılması haqqında xüsusi fərmanm verilməsi

27 iyun 1918-ci il

- Azərbaycan dilinin dövlət dili elan edilməsi

27 iyun – 1 iyul 1918-ci il

- Bakı Soveti qüvvələrinin Qafqaz-İslam ordusu tərəfindən Göyçay ətrafında darmadağın edilməsi

07 dekabr 1918-ci il

- Azərbaycan parlamentinin təntənəli şəkildə açılması

26 dekabr 1918-ci il – 14 mart 1918-ci il

- F.X.Xoyski başda olmaqla üçüncü kabinetin fəaliyyəti

28 dekabr 1918-ci il

- general V.Tomson tərəfindən Azərbaycan hökumətinin tanınması

15 yanvar 1919-cu il

Qarabağ general-qubernatorluğu vəzifəsinin təsis edilməsi haqqında Azərbaycan hökumətinin qərarı

18 yanvar 1919-cu il

- Paris sülh konfransının açılışı

28 fevral 1919-cu il

- Azərbaycan hökumətinin qərarı ilə Naxçıvan general-qubernatorluğunun yaradılması

14 mart – 22 dekabr 1919-cu il

- Nəsib bəy Yusifbəyli başda olmaqla dördüncü kabinetin fəaliyyəti

aprel 1919-cu il

- Bakıda ingilis general-qubernatorluğunun ləğv edilməsi

25 aprel 1919-cu il

- Tiflisdə Azərbaycan, Ermənistan, Dağıstan və Gürcüstan respublikalarının Qafqaz konfransının keçirilməsi

aprel 1919-cu il

- Denikinin Dağıstan Dağlılar Respublikasına soxularaq Dərbəndi işğal etməsi

may 1919-cu il

- Ə.M.Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransına qatılması

28 may 1919-cu il

- Azərbaycan nümayəndə heyətinin Parisdə ABŞ prezidenti V.Vilsonla görüşü

may-iyul 1919-cu il

- İngilis komandanlığının razılığı ilə Naxçıvanda erməni idarəçiliyinin yaradılması

16 iyun 1919-cu il

- Gürcüstanla Azərbaycan arasında 3 illiyə hərbi müdafiə paktının bağlanması

25 iyul 1919-cu il

- Naxçıvan bölgəsində “erməni idarəçiliyi”nin iflasa uğraması

11 avqust 1919-cu il

- Azərbaycan vətəndaşhğı haqqında qanunun qəbul olunması

avqust 1919-cu il

- İngilis qoşunlannın Azərbaycanı tərk etməsi

yay 1919-cü il

- Azərbaycan Xəzər Donanmasmın yaradılması

01 sentyabr 1919-cu il

- Bakı şəhərində Universitet açmaq haqqında Azərbaycan parlamentinin qanunu

oktyabr 1919-cu il

- Mətbuat sahəsində senzuranm ləğv olunması haqqında Azərbaycan hökumətinin qərarı

15 noyabr 1919-cu il

- Bakı Universitetində ilk dərslərin başlanması

24 dekabr 1919-cu il -30 mart 1920-ci il

- N.Yusifbəyli başda olmaqla beşinci kabinetin fəaliyyəti

11 yanvar 1920-ci il

- Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası tərəfındən Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması

yanvar 1920-ci il

- Rusiya xarici işlər naziri G.Çiçerinin Azərbaycan hökumətinə birinci notası

fevral 1920-ci il

- Bakıda Azərbaycan Kommunist (bolşeviklər) partiyasınm təsis edilməsi

17 mart 1920-ci il

- Bakını işğal etmək haqqında V.İ.Leninin Smilqa və Orcenikidzeyə teleqramı

21 mart 1920-ci il

- Qarabağda və Gəncəbasarda erməni qiyamlannm başlanması

21 mart 1920-ci il

- İranla Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq haqqında müqavilənin imzalanması

31 mart 1920-ci il

- Azərbaycanda hökumət böhranmın başlanması

aprel 1920-ci il

- XI rus ordusunun Azərbaycan sərhədlərinə yaxınlaşması

1920-ci il aprelin

26-dan 27-nə keçən gecə

- XI rus ordusunun Azərbaycan ərazisinə daxil olub Bakı istiqamətində yürüşə başlaması

27 aprel 1920-ci il saat 12:00

- AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosunun hakimiyyəti təhvil vermək haqqında Azərbaycan parlamentinə ultimatumu

27 aprel 1920-ci il saat 23:45

- Hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı

28 aprel 1920-ci il

- Azərbaycan Sovet Sosialist Respublikasının elan olunması

M.Ə.Rəsulzadənin Parlamentinin Açılışında nitqi
Möhtərəm mə”buslar (deputatlar , millət vəkilləri!) !

Azərbaycan Cümhuriyyətinin ilk məclisi – məbusanını açmaq yum səadəti, siz möhtərəm mə”busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər . Rusiyada zühur edən inqilabi – kəbir digər həqiqətlər arasında bir həqiqəti – bahirəni dəxi elan etmişdi.Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə”sisedəcəkdi.O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi (öz) müqəddəratlarının tə”yinini pək cəmimani bir surətdə Rusiya məclisi – müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mə”kus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi.Zaqafqaziyadan Rusiya məclisi – müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya “seymini” təşkil və onu istiqlalını emməkdə gördülər.

Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi – milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan İstiqlalı elan olundu (alqışlar)

Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də”vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər.

Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur.Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya , millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya millətlərinin bir “cəmiyyəti-əğvam” (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu “fedarosyan” cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar).

Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz.Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz.Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (alqışlar).Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır.

İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk hürriyyəti,islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar yerlərindən qalxıyor,şiddətli alqışlar mədid bir sürətdə davam ediyor)

Bən buna iman ediyorum.Bənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor.Bu günəş bir daha oful etməyəcək (sönməyəcək), bən vicdani – bəşəriyyətə inanıyorum.Milliyonlarla insan bahasına vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəməz.”Cəmiyyəti-əğvam” fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir.Bu buna ümid veriyor.Qüvvətlə inanıyorum ki, artıq öldürmək millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün deyildirQaliblər də, məğlublar da millətlərin hüququ təslim edilməlidir deyirlər (alqışlar). Yaxında açılacaq cülhi-ümumi konqresdə bu fikir qətiyyən hakim olacaq.Bu gün əhvala (vəziyyətə) hakim olanlar müttəfiqlərdir.İngilis, Amerika, Fransa dövlətlərində bayraqlarında millətlər təmin hüququ və “cəmiyyəti – əğvam” şüarı yazılıbdır.Dövlətlərin Baküdə bulunan nümayəndələri naminə genral Tomson Qafqasya məsələlərinin sulhi-ümumi konqresində həll olunacağını rəsmən e”lan etmişdir.

Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddaratımızı, kəndi istiqlalımızı müdafiyə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki,Azərbaycan Cümhuriyyəti paydar olur.Fəqıt bunu üçün təkrar ediyorum səbat, mətanət,fədakarlq istər.İstər ki, biz kındimizin istiqlalə layiq olduğumuzu isbat edəlim.Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz.Hankı vicdandır ki,istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? (alqışlar)

Əfəndilər! Biz Qafqasya əğvamı ruhunda hır zaman hürriyyət fikrinin müməssili (təmsilçisi) olan “Promete” Qafqasya dağlarında zəncirbənd edilmişdi.O daimi zəncirlərini qırmaq təşəbbüsündə idi.”Promete”nin ruhu bütün qafqasyanın bütün millətlərində vardır.Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bə”id (uzaq xəyal) deyildir.Qardaş millətimiz olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ verərək biz Qafqasyanının müqəddaratını bu qət”e (bölgə) üzərində yaşayan millətlərin arzusu vəchilə təmin edə biləriz (sürəkli alqışlar, diplomasi lojalarına müraciətlə təkrar alqışlar).

Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim.Buna iman ediyorum.Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm, vəzifəmi hüsn ifa etməmiş deməkdir.Zaman ağır gedəcəyimiz yol çoxtikanlı və arızalıdır.İlləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız.Bu maneəli yoları keçmək və sərmənizili – məğcudə irmık üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar ibraz etməli , (göstərməli ) təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrəbir nümuneyi – əmsal təşkil etməlisiniz.Bu nümuneyi göstərəcək iqtidar və iste”dada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir.

Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi – qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar).

Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi – mə”busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir mə”şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yoları işıqlandırsın!

M.Ə.Rəsulzadənin Azərbaycan xalqına müraciəti
M.Ə.Rəsulzadənin “AMERİKANIN SƏSİ” Radiosu ilə Azərbaycan xalqına müraciəti

28 may, 1953-cü il.

Əziz Vətəndaşlarım!

Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyaset sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. “Ölmək var, dönmək yoxdur”. Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.

28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. Hər millət öz müqəddəratını özü hall etməyə səlahiyyətdardır, düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmaya başladı. Türkcəyi dövlətin dövlətin rəsmi dili elan etdi.

Orta və Ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələri cavabdeh bir hökumət üsulu idarəsi yaratdı. Hakimiyyət, Millət Məclisinin əlində idi. Parlamentodan etimad almadıqca heç bir Hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. O zaman indi Sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yoxdu. Şahıslarda, məskənlərdə əmin və əmanda idi. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı, istədiyi zaman hara istərsə gedərdi. Qonşu və Avropa Dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi. Bütün millətlərlə alış-veriş vardı. Bütün bunların nəticəsində idi ki, Cümhuriyyətimizin istiqlalı Avropa Dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər dahi istiqlalımızı tanıdılar. Türkiyə ilə İran, Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq muahədələri (əhdnamə, bağlaşma) imzalandı. 12, Yanvar, 1920, Cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü, Azərbaycan xalqı, candan bayram etdi. Bu həqiqətən böyük bir bayramdı. Çünki bu gündən etibarən Azərbaycan Davası, Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlər arası bir məsələ olmuşdu. Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşdi və bu illəri dünya demokrasiyası tərəfindən təqdir ilə qarşılandı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila həyulası (xəyal) artıq bizdən uzaqlaşdı.

Heyhat!, qədər (tale) imtahanları tamam deyildi. Qanlı Çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Bala azadlıq istiqlalımız, qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 Apreldə Sovet propaqandaçıları bu qanlı istila hərəkətini sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sizdə, sizə dünyanın ən azad və demokrat rejimi kimi kəlama verilən Sovet quruluşu, işdə qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız bunun nə qədər doğru olduğunu gözünüzlə görürdünüz. Azadlığımızı əlimizdən alan millətdən qorxmurlarsa dəmir pərdəni qaldırsınlar, azadlık elan etsinler. Edəbilməzlər. Çünki ağla-qara meydana çıxar. Onlar səptərə (yarasa) kimidilər, günəşdən qaçarlar.

Azərbaycan, onunla bərabər bütün Qafqasya Cümhuriyyətləri həqiqi azadlık ve istiqlalına 1918-in Mayısında qovuşdular. 1920-də isə bu azadlık və istiqlal, qızıl Rus ordusu tərəfindən üstün qüvvətlərlə, qanla ve ateşlə basdırıldı. Faciələr və qəhrəmanlıqlarla dolu olan bu mücadilədə on minlərcə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı, 1918 istiqlal haqqını müdafiə edən Kafqasya millətləri, indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alan bu mücadilədə vaxtı ilə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə, bu gün haqqı milliyyətçilər və vətənpərvərlər cəbhəsinə keçmişlərdir. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə çıxmış olan Qafqasya mühacirləri, milli istiqlal davasını, mədəni dünya əfkarı ümumiyyəsinə (ictimaiyyətin fikri) anlatmakdadırlar. Bu vəzifəni ifada, nə kimi müşküllərə uğradığımızdan bəhs etməyin burada yeri deyildir. Bu qədər demək lazımdır ki, Sovetlərdə kommunist rejiminə düşən millətlərin hər dürlü haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halinə gəldiyini azad dünyaya anlatmaq çox çətin olmamışdır. Şükür ki, hadisələr bizə kömək edir. Dünya Sovet həqiqətini görməyə başlayır. 8 ildən bəri hərbi bitirmişkən sülhə qovuşa bilməyən dünya, artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər, müəzzəm (böyük) bir dövlət halında ayaqda durduqca və dünya inqilabı atəşi ilə yandırmaq üçün könlü çəkdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna bilməyəcəkdir. Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tek əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz. 1918 Mayısındakı tarixi qərarları ilə azadlıq denən (deyilən) millətlər cəbhəsində yer alan Qafqasya millətlərinin müqəddəratları, azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən Sovet diktatoru Stalin ölmüşdür, amma, onun iki üzlü sistemi Stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri dah qarşılaşmaqda, haq ilə batil, yalan ilə doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz.

Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:

Sən bizimsən, bizimsən durduqca bədəndə Can,

Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
2007, 28 May – Respublika Günü münasibətilə mayın 25-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunmuşdur.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.

1918-ci il mayın 28-də müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Respublikanın ömrü uzun olmadı. Ancaq o qısa müddət ərzində çox işlər görüldü. Respublikanı yaradanların niyyətləri çox gözəl idi. Azərbaycanı azad, müstəqil ölkəyə çevirmək, Azərbaycanı dünya birliyinə daxil etmək və ölkəmizi hərtərəfli inkişaf etdirmək. Əfsuslar olsun ki, bu niyyətlərin böyük əksəriyyəti icra olunmamış qaldı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Azərbaycan xalqı və Azərbaycan dövləti respublikanın fəaliyyətinə və onu yaradanların xatirəsinə çox böyük hörmətlə yanaşır. Bu hörmətin əlaməti olaraq bu gün biz Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş abidənin açılışını qeyd etdik. O gözəl abidə paytaxtımızın gözəl guşələrinin birində – İstiqlaliyyət küçəsində ucaldıldı.

Respublikanın qısa tarixi bir daha onu göstərir ki, hər hansı bir qələbəni, nailiyyəti əldə etməkdən daha çətin, daha məsuliyyətli vəzifə onu qoruyub saxlamaqdır. O cümlədən müstəqilliyi də əldə etmək onu qoruyub saxlamaqdan daha da asan məsələ idi. Azərbaycanın müasir tarixi onu bir daha göstərdi. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində yaranmış müstəqil Azərbaycan Respublikasının fəaliyyətində böyük çətinliklər var idi. Müstəqilliyimizin ilk illərində ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. Mən bu tezisi bir neçə dəfə ifadə etmişəm və bir daha demək istəyirəm, dünyada bir çox ölkələr var ki, onların müstəqilliyə aid olan bütün atributları mövcuddur, ancaq onlar müstəqil siyasət aparmaq iqtidarında deyillər.

Azərbaycanın müstəqilliyi 1991-ci ildə, müstəqilliyimizin ilk illərində və 1993-cü ilə qədər vəziyyət buna bənzər idi. Müstəqilliyə xas olan bütün atributlar var idi, fəqət, ölkə nə xarici siyasətdə, nə də daxili siyasətdə müstəqil siyasət apara bilmirdi. Bir çox hallarda xarici təsirdən asılı vəziyyətdə idi. Faktiki olaraq, o vaxt bizim müstəqilliyimizin gələcəyi şübhə altında idi. Çünki Azərbaycanda gedən neqativ proseslər, böhranlı vəziyyət, idarəolunmaz vəziyyət, hərc-mərclik, iqtisadi və siyasi böhran ölkənin müqəddəratını şübhə altına qoyurdu. Məhz o illərdən iki il keçəndən sonra Azərbaycan xalqı müstəqilliyi yenə də itirə bilərdi, – necə ki, 1920-ci ildə. Azərbaycan xalqının müdrikliyi sayəsində ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlməsi nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və 1993-cü ildən başlayaraq öz inkişaf dövrünü yaşayır.

1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün istiqamətlərdə, xarici müstəvidə, xarici siyasət baxımından ölkəmiz özünü dünyaya etibarlı tərəfdaş kimi, ləyaqətli ölkə kimi təqdim edə bildi. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. Azərbaycanda 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən çox sürətlə inkişaf edən ölkədir. Bu islahatlar bu gün də davam edir. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir. Məhz o illərdə Azərbaycan müstəqil ölkə kimi özünü bütün dünyaya təqdim etdi. O illər ərzində Azərbaycanın indiki güclü iqtisadi potensialı formalaşdı. O illərdən başlayaraq bu günə qədər Azərbaycan bütün istiqamətlərdə çox açıq, prinsipial siyasət apararaq, öz xalqının milli maraqlarının tam şəkildə təmin olunmasını təşkil edir. Biz də bu siyasətə sadiqik.

Mən yaxşı xatırlayıram, 2003-cü ildə prezident seçkiləri ərəfəsində və ondan sonra, andiçmə mərasimindəki çıxışımda bəyan etmişdim və Azərbaycan xalqına söz vermişdim ki, mən bu siyasətə sadiq qalacağam, Azərbaycanda bu siyasətin davam etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Mən çox şadam ki, bu gün bizim ölkəmizin uğurlu inkişafı sübut etdi ki, bizim bütün planlarımız, niyyətlərimiz həyatda öz əksini tapır. Bu gün həm iqtisadi inkişaf baxımından, həm də respublikada gedən siyasi islahatlar baxımından ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Azərbaycanda demokratikləşmə prosesləri çox sürətlə inkişaf edir və vətəndaş cəmiyyətinin yaranmasında, hüquqi dövlətin qurulmasında, qanunun aliliyinin bərqərar olunmasında çox böyük işlər görülübdür və gələcəkdə çox böyük işlər görüləcəkdir.

Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir. Baxmayaraq, hələ ki, bu sahədə mövcud olan problemlər var və bu da təbiidir. Çünki biz sadəcə olaraq, son 15 il ərzində demokratiya şəraitində yaşayırıq. Ondan əvvəlki illərdə əsrlər boyu Azərbaycanda ictimai-siyasi quruluş tam başqa idi. Ona görə bu qısa tarixi müddəti nəzərə alaraq qeyd etməliyik ki, bu 15 il ərzində demokratiyanın inkişafı baxımından çox böyük nailiyyətlər əldə edilibdir.

Azərbaycanda siyasi islahatlar çox cəsarətlə aparılır. Bu da bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. Bu zəmin əsasında Azərbaycanda güclü sosial siyasət aparılır. Xarici siyasət bu zəmin əsasında qurulur. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Daxili siyasətdə həm iqtisadi, həm də siyasi islahatların prioritet xarakter daşıması bizim üçün çox vacibdir və biz bunu edirik.

Mən tam əminəm ki, əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış ölkələrdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, orada sahibkarlıq inkişaf edibdir və azad sahibkarlıq böyük uğurlar qazanıbdır, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir.

Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsələlərə öz diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalıdır. Azərbaycan müasir ölkəyə çevrilməlidir. Dünyanın ən inkişaf etmiş ölkələrinin kriteriyaları, bizim xalqımıza, bizim xalqın mentalitetinə xas olan kreteriyalar Azərbaycanda mütləq və mütləq tətbiq olunmalıdır. Bizim siyasətimiz təkcə bizim niyyətlərimiz, yaxud da bəyanatlarımız deyil, bizim praktiki əməli işlərimizdir.

Azərbaycan Avropanın bir neçə aparıcı təşkilatları ilə çox səmərəli əməkdaşlıq edir. Biz 2001-ci ildən Avropa Şurasının üzvüyük. Bu, bizim prinsipial seçimimizdir. Bu seçimi biz özümüz etmişik. Bu yaxınlarda, keçən ilin sonunda Azərbaycan Avropa İttifaqı ilə yeni qonşuluq siyasətinə qoşularaq beşillik proqram imzalayıbdır. Bu da bizim prinsipial seçimimizdir. Bizim istəyimiz odur ki, Azərbaycanda bütün kriteriyalar inkişaf etmiş ölkələrin kriteriyalarına yaxınlaşsın və onlara uyğun olsun.

Gələcək isə göstərər, bu yolun sonu nə olacaqdır. Əlbəttə, əgər Avropa İttifaqı ilə bizim əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəksə, əgər gələcəkdə Avropa İttifaqı tərəfindən belə bir fikir olarsa, biz əlbəttə, istərdik ki, daha da sıx inteqrasiya edək. Ancaq bu qarşılıqlı maraqlar əsasında olmalıdır, Azərbaycan buna hazır olmalıdır və Azərbaycan xalqının normal, firavan yaşaması üçün bütün bu amillər zəruridir.

İqtisadi islahatlar sürətlə gedir. Azərbaycan son üç il ərzində iqtisadi artım baxımından dünyada birinci ölkədir. Biz bu liderliyi əldə etmişik və bunu əldən vermək fikrində deyilik. Məni çox sevindirən odur ki, bütün iqtisadi göstəricilərlə bərabər, ümumi daxili məhsulun artımı, digər iqtisadi göstəricilərlə bərabər, insanların həyat səviyyəsi də yaxşılaşır. Azərbaycanda kəskin şəkildə aşağı düşən yoxsulluğun səviyyəsi bunun ən gözəl göstəricisidir. İlk növbədə, bu onu göstərir ki, iqtisadi islahatlar və sosial islahatlar düzgün istiqamətdə aparılır. Digər tərəfdən onu göstərir ki, Azərbaycanda bu sahədə çox böyük şəffaflıq var.

Biz bilirik ki, bəzi hallarda neftlə zəngin olan ölkələrdə neft hasilatı artdıqca, kasıblar və varlılar arasında uçurum da böyüyür və bu, ölkələrdə təbəqələşməyə gətirib çıxarır. Biz bunu gözəl bilirik. Bunu tarixdən də bilirik və bir neçə ölkədə vəziyyət belədir. Ancaq biz Azərbaycanda bunun tam əksini görürük. Azərbaycanda kasıbların sayı kəskin şəkildə azalır. Məqsəd ondadır ki, kasıblar olmasın. Azərbaycan xalqı ona layiqdir ki, rahat yaşasın, firavan yaşasın, maddi rifah içərisində yaşasın. Bütün imkanlar bizdə var. İntellektual potensial çox yüksəkdir. Xalqın intellektual potensialı burada başlıca rol oynayır. Biz çalışırıq, bu sahəyə, xüsusilə təhsillə bağlı məsələlərə böyük diqqət verək ki, bizim gənclərimiz bilikli olsunlar, savadlı olsunlar, həyatda öz yerini tapa bilsinlər və ölkənin inkişafında fəal iştirak etsinlər.

Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir və biz bu vəziyyətdən çox səmərəli istifadə edirik. Coğrafi vəziyyət özlüyündə hələ o demək deyil ki, bundan mütləq istifadə olunacaqdır. Bir çox ölkələr var ki, onların coğrafi vəziyyəti bizimkindən pis deyil. Ancaq Azərbaycan bu vəziyyətdən çox məharətlə istifadə edir və buz artıq bölgənin mərkəzinə çevrilirik. Biz bunu özümüz öz fəaliyyətimizlə, öz siyasətimizlə edirik.

Azərbaycanın çox zəngin təbii ehtiyatları var və biz o təbii ehtiyatlardan Azərbaycan xalqının milli maraqlarının qorunması üçün, Azərbaycanda güclü iqtisadi potensialın yaranması üçün çox səmərəli şəkildə istifadə edirik. Neft Fondunun yaranması həm gələcək nəsillər üçün gözəl imkanlar yaradacaq və orada yığılan vəsait gələcək nəsillərə xidmət edəcəkdir. Bu, Azərbaycanın bugünkü problemlərinin həlli üçün də bizə yardımçı olur.

Azərbaycanın xarici siyasəti birmənalıdır, çox çevikdir və tam şəkildə milli maraqlara əsaslanır. Bütün qonşu ölkələrlə bizim gözəl münasibətlərimiz var. Bu, bizə lazımdır, biz bu bölgədə yaşayırıq və qonşularla bizim münasibətlərimiz bundan sonra da sürətlə davam etməlidir. Bütün beynəlxalq təşkilatlarla, üzv olduğumuz, yaxud da əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da münasibətlərimiz çox gözəl müstəvidə, qarşılıqlı hörmət əsasında inkişaf edir.

Dünyanın aparıcı ölkələri ilə Azərbaycanın çox gözəl münasibətləri vardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkə ilə, eyni zamanda, başqa ölkələrlə bizim çox gözəl və işgüzar münasibətlərimiz var. Yəni mən bunları nə üçün deyirəm, əgər biz bütün bu amilləri vahid bir kontekstdə götürsək görərik ki, ölkəmizin inkişafı üçün çox gözəl imkanlar var. Ən başlıcası hər bir istiqamət, hər bir sahə üzrə bizim düşünülmüş siyasətimiz var, konsepsiyamız var. Biz öz fəaliyyətimizi bu konsepsiya çərçivəsində planlaşdırırıq, proqnozlaşdırırıq və icra edirik. Azərbaycanla əməkdaşlıq etmək xarici tərəfdaşlar üçün də çox rahatdır. Çünki biz siyasətimizi səmimi şəkildə, ilk növbədə, Azərbaycanın milli maraqları, ondan sonra bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərin inkişafı şəklində aparırıq.

Biz gələcək haqqında fikirləşəndə, mən şəxsən gələcəyə çox nikbinliklə baxıram. Bizim bu günə qədər bəyan etdiyimiz bütün proqramlar həyatda öz əksini tapır. Yoxsulluq, işsizlik azalır, böyük layihələr icra olunur. Dünya üçün çox böyük əhəmiyyət kəsb edən neft-qaz layihələrimiz, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994 və 1996-cı illərdə imzalanmış “Azəri”, “Çıraq”, “Günəşli” və “Şahdəniz” neft-qaz yataqları barədə müqavilələr bu gün Azərbaycanın müstəqilliyini gücləndirir.

Biz bu gün müstəqillik gününün ərəfəsindəyik. Bizim müstəqilliyimizi ən çox gücləndirən məhz bu amillərdir – enerji məsələləri, enerji təhlükəsizliyi. Biz bu məsələləri həll etmişik. Biz özümüz üçün öz neft-qaz problemlərimizi yüz faiz həll etmişik. Dörd neft-qaz kəməri var. Azərbaycanda çox böyük həcmdə heft hasilatına başlanıbdır, bu il qaz ixracına başlanacaqdır. Azərbaycanın neft və qaz ehtiyatları dünya bazarlarına çıxarılacaq, bizim siyasi önəmimiz artacaq, iqtisadi potensialımız artacaqdır. Azərbaycan maliyyə resursları baxımından çox güclü ölkəyə çevrilir.

Biz bütün nəqliyyat dəhlizlərini də neft dəhlizləri əsasında qururuq. Əgər o dəhlizlər açılmasaydı, bu gün nəqliyyat dəhlizlərindən söhbət gedə bilməzdi. Bu gün biz Bakı-Tbilisi-Qars kimi Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən, bizim milli maraqlara tam uyğun olan layihəni artıq reallığa çeviririk. Nəyin hesabına?! Onun hesabına ki, o dəhliz artıq var. İkincisi, ona görə ki, bizim maddi imkanlarımız var. Əfsuslar olsun ki, erməni lobbisinin fəaliyyəti nəticəsində beynəlxalq maliyyə qurumları ilk mərhələdə dəmir yolu layihəsinə bir az soyuq yanaşırlar. Halbuki indi bizdə məlumatlar var ki, bu münasibət dəyişir. Nə üçün dəyişir? Ona görə ki, biz özümüz vəsait tapdıq. Biz heç kimdən xahiş etmədən bu məsələni özümüz həll edirik. Bu, bizim iqtisadi qüdrətimizi göstərir. Bu, nəyin hesabına yaranıbdır?! Ancaq və ancaq ilk növbədə, enerji siyasətinin nəticəsində. Ondan sonra bu, bütün başqa sahələrdə yayılır. İndi bizim əsas məqsədimiz qeyri-neft sektorunun, kənd təsərrüfatının, sənayenin inkişafı və müasirləşməsi, çox güclü sənaye potensialının yaranması, iş yerlərinin açılması, Azərbaycanın müasir infrastruktura malik olmasıdır. Yollar, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, qaçqınlar üçün şəhərciklər – bütün bunları sadalamaq üçün bir neçə saat vaxt lazımdır, amma bütün bunlar reallıqdır və bu reallığı biz, Azərbaycan xalqı həyata keçiririk. Biz bunları Azərbaycan xalqının dəstəyinə arxalanaraq edirik. Bu dəstəyi hiss etmək bizə əlavə güc verir. Bir daha demək istəyirəm, mən çox şadam ki, bizim nəzərdə tutduğumuz bütün proqramlar icra olunur.

Bizim qarşımızda duran ən başlıca problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu istiqamətdə də danışıqlar aparılır. Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri çəkilməyəcəkdir. Bizim mövqeyimiz bəllidir. Mən bu barədə dəfələrlə bildirmişəm. Son dəfə daha da dolğun və əhatəli bəyanat vermişəm. Çünki hesab edirəm, Azərbaycan xalqı danışıqların nəyin ətrafında getdiyini bilməlidir. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz xalq tərəfindən dəstəklənir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın Azərbaycandan ayrılmasından söhbət gedə bilməz. Onun başqa ölkəyə birləşməsindən söhbət gedə bilməz. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz buna nail olacağıq və etnik təmizləmə siyasətindən əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.

Mən ümid edirəm ki, əgər qarşı tərəf konstruktivlik nümayiş etdirərsə, biz məsələnin həllinə nail ola bilərik. Amma bu prinsiplər əsasında. Çox müsbət haldır ki, artıq bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, geniş mənada dünya ictimaiyyəti bu prinsipləri qəbul edir və məsələnin həllini yalnız və yalnız bu prinsiplər əsasında görür.

Mən son dörd ilə yaxın fəaliyyətim zamanı bir çox xarici ölkədə rəsmi səfərlərdə olmuşam. Bir çox xarici dövlət, hökumət başçıları Azərbaycanda səfərdə olublar. Bütün bu görüşlərdə bu məsələ müzakirə olunubdur. Eyni zamanda, bütün görüşlər nəticəsində ya birgə bəyannamə, yaxud da birgə saziş imzalanır və mütləq və mütləq orada Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Elə bir təmas, elə bir görüş, səfər olmayıb ki, bu məsələ orada öz əksini tapmasın. Bu, nə üçün bizə lazımdır? Birincisi, bu, haqq-ədaləti təsdiqləyir. İkincisi, bu, münaqişənin həlli yollarını müəyyən edir. Əgər biz münaqişəni siyasi diplomatik və hüquqi müstəvidə həll edəcəyiksə, bu, bizə çox lazımdır. Biz bunu istəyirik. Biz istəyirik ki, məsələni məhz hüquqi əsasda, beynəlxalq hüquq və normalar əsasında və siyasi danışıqlar əsasında həll edək. Bunu etmək üçün çox gözəl imkanlar var. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Şurasının qətnaməsi, Avropa İttifaqının bu məsələyə münasibəti, Amerika Dövlət Departamentinin son bəyanatı, GUAM təşkilatının birmənalı bəyanatı və bütün o münaqişəli zonalarda separatizmə eyni münasibətin bildirilməsi – bütün bunlar məsələnin həlli üçün həm siyasi, həm hüquqi, həm də diplomatik əsasdır. Yox, əgər biz gördük ki, danışıqlar səmərə vermir, siyasi və hüquqi müstəvidə artıq bir şey əldə etmək mümkün deyil, bizim başqa yolumuz da var. Bu, əlbəttə, arzuolunan yol deyil. Amma o da yoldur, o da alternativdir. O da müharibə yoludur. Biz buna da hazır olmalıyıq.

Mən bunu açıq deyirəm. Bəzi hallarda beynəlxalq təşkilatlar bunu çox narahatlıqla qarşılayırlar. Amma bu, mənim mövqeyimdir. Mən xalq tərəfindən seçilmiş Prezidentəm. Mənim hər bir məsələyə dair öz mövqeyim var və mən o mövqeyi müdafiə edirəm, xalqın dəstəyinə arxalanaraq bunu icra edirəm. O da yoldur və o yola da hazır olmaq üçün güclü ordu olmalıdır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir. Mən iki il bundan əvvəl deyəndə ki, bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olacaq, bunu bəziləri, həm ölkə daxilində, həm də xüsusilə Ermənistanda çox böyük kinayə ilə, istehza ilə qarşılayırdılar. İndi isə onlar görürlər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bu gün bu belədir, növbəti illərdə bizim hərbi büdcəmiz Ermənistanın büdcəsindən qat-qat çox olacaqdır. Bu, imkan yaradır və biz bu imkandan istifadə etməliyik.

Əgər qısamüddətli perspektivə baxsaq, görərik ki, bir neçə ildən sonra, üç-dörd ildən sonra Azərbaycanla Ermənistan arasında çox geniş uçurum olacaqdır. Bu gün iqtisadiyyatımız onların iqtisadiyyatından 7-8 dəfə böyükdürsə, üç-dörd il ərzində ondan 20 dəfə böyük olacaqdır. Ondan sonra gəlsin bizimlə rəqabət aparsın. Ondan sonra gəlsin, necə deyərlər, məsələnin reallıqlar əsasında həlli haqqında danışsın. Məsələ reallıqlar əsasında həll oluna bilməz. Beynəlxalq hüquq əsasında həll olunmalıdır. Əgər biz də məsələyə reallıqlar əsasında münasibət göstərsək, onda biz bu reallıqları öz xeyrimizə çevirə bilərik. Ona görə bu məsələ yalnız və yalnız bu şəkildə həll olunacaqdır. Mən başqa yol görmürəm və ümid edirəm, beynəlxalq vasitəçilərin səyləri bizə imkan verəcək ki, biz razılaşmaya daha da yaxınlaşaq.

Əziz dostlar!

Bu gün yenə də deyirəm, biz bayram ərəfəsindəyik . Mən bu gündə istərdim ki, öz fikirlərimi sizinlə bölüşüm. Düzdür, mən vaxtaşırı bəyanatlar da verirəm, çıxışlar da edirəm, bölgələrdə də tez-tez oluram. Amma hər halda lazımdır və vacibdir ki, bu gündə, müstəqilliyimizi qeyd etdiyimiz gündə biz bir daha həm görülən işlərə qiymət verək, onları düzgün təhlil edək və ən önəmlisi gələcəyə baxaq. Biz hara gedirik, biz nə istəyirik, biz hansı ölkəni yaradırıq, hansı ölkəni formalaşdırırıq. Çünki Azərbaycanda bu proses hələ davam edir. İnkişaf etmiş ölkələrdə artıq hər şey – demokratik təsisatlar, siyasi sistem, iqtisadi əsaslar, sosial siyasət oturuşubdur. Biz isə artıq ölkənin formalaşmasının mərhələsindəyik. Biz bunu edirik. Ölkə necə olacaq, Azərbaycan hansı ölkəyə çevriləcəkdir, bu, bizdən asılıdır.

Mən bir daha demək istəyirəm ki, Azərbaycanı müstəqil, demokratik, azad, dünyəvi, maddi rifahı yüksək olan ölkə kimi görmək istəyirəm. Əminəm ki, siz də mənim fikirlərimə şəriksiniz. Bizdən asılıdır ki, biz buna nail olaq.

Mən bu gözəl bayram ərəfəsində sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, müstəqil Azərbaycan möhkəmlənsin və irəliyə getsin.

BAKI. 26.05.2007