Feeds:
Yazılar
Şərhlər

Archive for the ‘Çıxışlar’ Category

RəsulzadəMöhtərəm mə”buslar (deputatlar , millət vəkilləri!) !

Azərbaycan Cümhuriyyətinin ilk məclisi – məbusanını açmaq yum səadəti, siz möhtərəm mə”busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər . Rusiyada zühur edən inqilabi – kəbir digər həqiqətlər arasında bir həqiqəti – bahirəni dəxi elan etmişdi.Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə”sisedəcəkdi.O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi (öz) müqəddəratlarının tə”yinini pək cəmimani bir surətdə Rusiya məclisi – müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mə”kus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi.Zaqafqaziyadan Rusiya məclisi – müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya “seymini” təşkil və onu istiqlalını emməkdə gördülər.

Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi – milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan İstiqlalı elan olundu (alqışlar)
Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də”vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər.

(daha&helliip;)

Read Full Post »

M.Ə.Rəsulzadənin “AMERİKANIN SƏSİ” Radiosu ilə Azərbaycan xalqına müraciəti
28 may, 1953-cü il.

Əziz Vətəndaşlarım!

M.Ə.Rəsulzadə

Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyaset sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1904-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. “Ölmək var, dönmək yoxdur”. Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.

28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. Hər millət öz müqəddəratını özü hall etməyə səlahiyyətdardır, düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmaya başladı. Türkcəyi dövlətin dövlətin rəsmi dili elan etdi.

(daha&helliip;)

Read Full Post »

2007, 28 May – Respublika Günü münasibətilə mayın 25-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunmuşdur.

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

– Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

İlham ƏliyevMən sizin hamınızı Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.

1918-ci il mayın 28-də müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Respublikanın ömrü uzun olmadı. Ancaq o qısa müddət ərzində çox işlər görüldü. Respublikanı yaradanların niyyətləri çox gözəl idi. Azərbaycanı azad, müstəqil ölkəyə çevirmək, Azərbaycanı dünya birliyinə daxil etmək və ölkəmizi hərtərəfli inkişaf etdirmək. Əfsuslar olsun ki, bu niyyətlərin böyük əksəriyyəti icra olunmamış qaldı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Azərbaycan xalqı və Azərbaycan dövləti respublikanın fəaliyyətinə və onu yaradanların xatirəsinə çox böyük hörmətlə yanaşır. Bu hörmətin əlaməti olaraq bu gün biz Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş abidənin açılışını qeyd etdik. O gözəl abidə paytaxtımızın gözəl guşələrinin birində – İstiqlaliyyət küçəsində ucaldıldı.

(daha&helliip;)

Read Full Post »